backend

Tanınmış türkiyəli jurnalist evində ölü TAPILDI - İntihar, yoxsa cinayət?

Tanınmış türkiyəli jurnalist, Krım Xəbər Agentliyinin Türkiyə bürosunun rəhbəri Aydın Taş evində ölü tapılıb.

KONKRET.az xəbər verir ki, jurnalist İsmet Yüksel öz tvitter hesabında A. Taşın intihar etdiyini qeyd edib.

Bəzilərinə görə isə jurnalist intihar etməyib, cinayətə qurban gedib.

İyun ayında atası Heydər Taş vəfat edən A. Taşın özünü asdığı deyilir.

Hazırda jurnalistin ölüm səbəbi ilə bağlı araşdırma aparıldığı bildirilir.

Qeyd edək ki, mərhum jurnalistin Azərbaycanda da mətbuat nümayəndələri ilə dostluq münasibətləri olub. Bir sıra tanınmış media nümayəndələri onunla birgə təlimlərdə iştirak etdiklərini və qəfil ölüm xəbərindən sarsıldıqlarını qeyd ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*