“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində Rusiya Federasiyasının Alabino hərbi poliqonunda avqustun 24-də “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.
Müdafiə Nazirliyindən KONKRET.az-a verilən xəbərə görə, tankçılarımız yarımfinal mərhələsində Qazaxıstan, Çin və Vyetnam komandaları ilə mübarizə aparıblar.
Mərhələnin nəticəsinə əsasən Çin, Qazaxıstan və Azərbaycan tankçıları müvafiq olaraq birinci, ikinci və üçüncü yerlərdə qərarlaşıblar.



