Tarif Şurası daşınmaz əmlakın inventarlaşdırılması və reyestrə daxil edilməsinə görə xidmət haqqı müəyyənləşdirəcəkbackend

Tarif Şurası daşınmaz əmlakın inventarlaşdırılması və reyestrə daxil edilməsinə görə xidmət haqqı müəyyənləşdirəcək

Tarif (qiymət) Şurası beynəlxalq təcrübə nəzərə alınmaqla daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə xidmət haqlarının məbləğlərini üç ay müddətində müəyyən edəcək.

KONKRET.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 29 noyabr tarixli 647-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanda əksini tapıb.

Qeyd edək ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişikliyə əsasən, Daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə Tarif (qiymət) Şurasının müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*