Tbilisi məhkəməsi Saakaşvilinin azadlığa buraxılmasını RƏDD ETDİbackend

Tbilisi məhkəməsi Saakaşvilinin azadlığa buraxılmasını RƏDD ETDİ

Tbilisi Apellyasiya Məhkəməsi Saakaşvilinin səhhətinə görə azadlığa buraxılmasını rədd edib.

KONKRET.az xəbər verir ki, bu barədə cümə axşamı Saakaşvilinin silahdaşı Yekaterina Xerxeulidze Facebook-da yazıb.

Tbilisi Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinə görə həbsdən buraxılmaması barədə qərarını qüvvədə saxlayıb.

“Apellyasiya Məhkəməsi Mixail Saakaşvilinin sağlamlığına görə azadlığa buraxılması ilə bağlı işinə qiyabi baxıb və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb”, – deyə Xerxeulidze yazıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*