TƏBİB Xalq artistinin səhhəti ilə bağlı məlumat yaydıbackend

TƏBİB Xalq artistinin səhhəti ilə bağlı məlumat yaydı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq artisti Naibə Allahverdiyevanın səhhəti ilə bağlı məlumat yayıb.

KONKRET.az bildirir ki, TƏBİB-dən Oxu.Azın sorğusuna cavab olaraq bildirilib ki, Xalq artisti ilə əlaqə yaradılıb, ona zəruri tibbi xidmətin göstərilməsi üçün tibb müəssisəsində müalicəyə cəlb olunması təklif edilib.

Hazırda Naibə Allahverdiyeva TƏBİB-in tabeliyində fəaliyyət göstərən Nizami Tibb Mərkəzinə qəbul olunub, ona zəruri həkim baxışı və müayinələr təyin olunub.

Sağlamlıq vəziyyətinə uyğun olaraq ambulator və ya stasionar müalicəyə cəlb ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*