Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdıbackend

Təbriz-Məşhəd sərnişin qatarı relsdən çıxdı

İranda Təbriz-Məşhəd sərnişin qatarı Miyanə şəhəri ərazisində relsdən çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Təbriz-Məşhəd sərnişin qatarı Türkmənçay ərazisində (Vərzəqan yolu yaxınlığında) relsdən çıxıb”, – məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə ilə əlaqədar Miyanə Qızıl Aypara Cəmiyyətinin xilasetmə və əməliyyat qrupları dərhal hadisə yerinə yönləndirilib.

Ölən və xəsarət alanlar barədə məlumat açıqlanmayıb./Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*