“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-5001 Bakı-Dehli reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.
KONKRET.az xəbərə verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təyyarə yerli vaxtı ilə saat 02:50-də Bakı hava limanına uğurla eniş edib.
Reysin sərnişinləri Dehli şəhərinə digər təyyarə ilə 06:25-də yola düşüblər.
02:29
Bu dəqiqələrdə Hindistanın paytaxtı Dehlidən qalxan təyyarə Bakıda qəza enişi edib.
KONKRET.az xəbər verir ki, Heydər Əliyev adına Hava Limanında bununla bağlı həyəcan siqnalı verilib.
Uçuş vaxtı yaranan nasazlıq səbəbindən Bakıda enməyə məcbur olan təyyarəyə əlavə texniki baxış keçiriləcək. Sərnişinlərə ətraflı məlumat verilməyib.
Bəzi məlumatlar dəqiqləşdirilir.
Hazırladı: Rəsmiyyə Şərifova
KONKRET.az
