İyunun 2-nə keçən gecə Ermənistanın hərbi hissələrindən birində əsgər Aramais Merujanoviç Gevorqyanın meyiti aşkar edilib.
KONKRET.az xəbər verir ki, erməni KİV-lərinin ölkənin Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, hərbçinin meyidi Qafan şəhərində yerləşən hərbi hissənin ərazisində tapılıb.
Hadisə ilə bağlı araşdırma aparılır, hərbçinin ölümünün səbəbləri və digər təfərrüatlar dəqiqləşdirilir.
Müşviq Tofiqoğlu
KONKRET.az
