TƏCİLİ: Moskvanın bütün aeroportları fəaliyyətini dayandırdı – Nə baş verir?backend

TƏCİLİ: Moskvanın bütün aeroportları fəaliyyətini dayandırdı - Nə baş verir?

Rusiyanın paytaxtı Moskva ətrafında genişmiqyaslı pilotsuz uçuş aparatı (PUA) hücumları fonunda şəhərin bütün əsas aeroportlarının fəaliyyəti müvəqqəti dayandırılıb.

KONKRET.az xəbər verir ki, Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski aeroportları təhlükəsizlik məqsədilə hazırda nə uçuşları qəbul edir, nə də reysləri həyata keçirir.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin paytaxta yaxınlaşan və zərərsizləşdirilən PUA-ların sayının 180-ə çatdığını açıqlamışdı.

Məlumata əsasən, dronların hədəfləri arasında Moskva Neft Emalı Zavodu, eləcə də “Sadovod” ticarət mərkəzinin binalarından biri də olub.

Hadisə ilə bağlı əlavə təhlükəsizlik tədbirləri görülür. Rəsmi qurumlar vəziyyəti nəzarətdə saxladıqlarını bildirirlər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*