Ermənistanın baş naziri Nikol Paşinyan hərbi əməliyyatlar başlayandan bəri ilk dəfə Qarabağa gəlib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumat Baş nazirin rəsmi saytında yer alıb.
O, Xankəndidə qondarma rejimin “başçısı” Arayik Arutyunyan və hərbi rəhbərliklə görüş keçirib.
İclasda qondarma rejimin ordu komandanı Cəlal Arutyunyan iştirak edib və cəbhə xəttindəki əməliyyat vəziyyəti barədə hesabat verib. Habelə Ermənistan Silahlı Qüvvələrinin sonrakı hərəkətləri barədə söz açıb.
Babək Göyüş
[email protected]