TƏCİLİ: Pensiya kapitalından istifadə etmək mümkün olacaq? – AÇIQLAMAbackend

TƏCİLİ: Pensiya kapitalından istifadə etmək mümkün olacaq? – AÇIQLAMA

Azərbaycanda vətəndaşların fərdi pensiya hesablarında toplanan pensiya kapitalından sağlığında istifadə etməsi, vəfat etdikdən sonra isə həmin vəsaitin ailə üzvlərinə və ya vərəsələrinə ötürülməsi məsələsi uzun müddətdir müzakirə olunur.

Bəs belə bir mexanizmin tətbiqi mümkündürmü və bunun üçün hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, hazırkı qanunvericilik vətəndaşın fərdi pensiya hesabında toplanan pensiya kapitalından sərbəst şəkildə istifadə etməsinə imkan vermir.

Natiq Cəfərli başladı: 150 imza toplayıb Yeni Sabah

 “Bu məsələ uzun müddətdir müzakirə olunur. Amma bununla bağlı mexanizm hazırlanmalıdır. İndiki qanunvericilik buna imkan vermir. Bəlli məntiq hesablanıb tapılmalıdır ki, vətəndaşların öz pensiya kapitallarına çıxış imkanları bununla təsbit olunsun”.

İqtisadçı hesab edir ki, vətəndaşın fərdi pensiya hesabında formalaşan vəsaitə çıxışının hansı hallarda mümkün olacağı, eləcə də vəfat zamanı həmin kapitalın ailə üzvlərinə və ya vərəsələrə hansı qaydada ötürüləcəyi qanunvericiliklə dəqiq müəyyənləşdirilməlidir.

Beləliklə, pensiya kapitalından sağlığında istifadə və vəfat etdikdən sonra həmin vəsaitin vərəsələrə ötürülməsi üçün mövcud qaydalara dəyişikliklərlə yanaşı, konkret və hesablama prinsiplərinə əsaslanan mexanizmin hazırlanması tələb olunur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*