Tehranın “Evin” həbsxanasında baş verən yanğında 8 nəfər yaralandı – VİDEO – YENİLƏNİBbackend

Tehranın “Evin” həbsxanasında baş verən yanğında 8 nəfər yaralandı - VİDEO - YENİLƏNİB

İranın paytaxtı Tehranın “Evin” həbsxanasında baş verən yanğında 8 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Bildirilib ki, hadisədə ölən olmayıb.

Məlumata görə, həbsxanada siyasi məhbuslarla yanaşı, əcnəbilər və ikili vətəndaşlığı olanlar da var.

Məlumata görə, həbsxanada vəziyyət nəzarət altına alınıb.

***

23:12

Tehranın Evin zindanında məhbuslar arasında üsyan baş verib. 

KONKRET.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Bildirilir ki, İnternetdə Tehranda siyasi məhbusların saxlandığı həbsxanada yanğını əks etdirən videolar yayılıb.

Yayılan məlumata əsasən, hökumət həbsxanaya hərbi qüvvə göndərib. Həyəcan siqnalı çalınır və atəş səsləri eşidilir.

Bu dəqiqələrdə Tehran üzrə bütün xüsusi təyinatlılar Evin həbsxanasına ezam olunur.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*