Tək oğul övladı olanların DİQQƏTİNƏ: Hərbi xidmət müddəti azaldıla bilərmi?backend

Tək oğul övladı olanların DİQQƏTİNƏ: Hərbi xidmət müddəti azaldıla bilərmi?

Ailənin yeganə oğul övladı olan şəxslərin hərbi xidmət müddətinin azaldılması məsələsi cəmiyyətdə zaman-zaman müzakirə olunur. Belə ailələrdə oğul övladının hərbi xidmətə göndərilməsi ilə bağlı sosial və demoqrafik amillər də nəzərə alınaraq, bu kateqoriyaya xüsusi güzəşt tətbiq edilməsi təklif edilir.

Bəs ailənin yeganə oğul övladı olan şəxslər üçün hərbi xidmət müddətinin azaldılması gündəmə gələ bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, hazırda ailənin yeganə oğul övladı olan şəxslər üçün hərbi xidmət müddətinin azaldılması nəzərdə tutulmur.

Ədalət Verdiyev əslində niyə həbs olundu? | Axar.Az

“Azərbaycanda ailənin yeganə oğul övladı olan şəxslərin sayı kifayət qədər çoxdur. Bu səbəbdən həmin şəxslər üçün ayrıca güzəşt müəyyənləşdirilməsi məsələsinə ehtiyatla yanaşmaq lazımdır”.

Ədalət Verdiyev hesab edir ki, belə bir qərarın qəbul edilməsi ölkənin demoqrafik vəziyyətinə də mənfi təsir göstərə bilər. Onun fikrincə, ailənin yeganə oğul övladı olan şəxslər üçün müddətli hərbi xidmətin azaldılması hazırkı şəraitdə məqsədəuyğun addım deyil.

Beləliklə, hazırda yeganə oğul övladı olan çağırışçılar üçün hərbi xidmət müddətinin ayrıca azaldılması ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*