KONKRET.az xəbər verir ki, uzun illər AzTv-nin Qarabağ bölgəsində müxbir işləmiş S.Həsənoğlu (Abdullayev) ötən ildən Rusiya Azərbaycanlıları Diasporları Konfederasiyasının mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır.

Telejurnalistin namizədliyi 82 saylı Ağcabədi seçki dairəsindən qeydə alınıb.
Qeyd edək ki, Sənan Həsənoğlu (Abdullayev) Qarabağ bölgəsində kifayət qədər nüfuza malikdir. O, yerli əhali arasında bu imkanlarını dəyərləndirərərk parlament seçkilərinə qatılmaqla ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etmək qərarına gəlib.
Həmkarımıza seçkilərdə uğurlar arzu edirik.

