Tənəffüsdə qəfil vəfat edən şagirdin sinif yoldaşı hadisənin necə baş verdiyini DANIŞDI – VİDEObackend

Tənəffüsdə qəfil vəfat edən şagirdin sinif yoldaşı hadisənin necə baş verdiyini DANIŞDI - VİDEO

Ağstafada tənəffüs zamanı halı dəyişərək qəfl vəfat edən, Fariz Qasımovun, təhsil aldığı məktəbin direktoru və sinif yoldaşları hadisənin necə baş verməsi barədə danışıblar.

KONKRET.az baku tv-yə istinadən xəbər verir ki, sinif yoldaşının sözlərinə görə, hadisə yeməkxananın giriş qapısında baş verib:

“Ac idi, başı fırlanırdı, gəldik ki, yemək yeyək, yeməkxanaya çatanda yerə yıxıldı”

Məktəbin direktoru Ramiz Nəsirov bildirib ki, hadisədən sonra Farizə yaxınlaşan zaman o, artıq ağır nəfəs alırdı:

“Təcili Tibbi Yardıma məlumat verdik. Həkimlər müdaxilə etsələrdə effektiv olmadı və xəstəxanaya apardılar. Rəsmi bir xəstəliyi olmayıb, lakin, bizdə olan məlumata görə, hərbi komisarlığın keçirdiyi tibbi komissiyadan keçən zaman, şagirdin ürəyində qüsur olduğu aşkarlanıb”.

Daha ətraflı  süjetdə:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*