Tərtərdə fermada xəstəlik: Qoyunlar kütləvi şəkildə tələf oldu – YENİLƏNİBbackend

Tərtərdə fermada xəstəlik: Qoyunlar kütləvi şəkildə tələf oldu - YENİLƏNİB

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bərdə regional şöbəsinin əməkdaşları Tərtərin Seydimli kəndində olan sahibkarın fərdi təsərrüfatında olub.

KONKRET.az xəbər verir ki, tələf olan heyvanlardan nümunələr götürülüb və AQTA-nın laboratoriyasına göndərilib.

Həyətyanı sahə və heyvanların saxlanc yerləri dezinfeksiya edilib.

***

14:28
Tərtər rayonunun Seydimli kəndində fermada xırdabuynuzlu heyvanların kütləvi tələfatı baş verib.

KONKRET.az xəbər verir ki, sahibkar Ramiz Cavanşir oğlu Mədətov məlumat verib.

O bildirib ki, martın 18-dən başlayaraq təsərrüfatında qoyunların kütləvi şəkildə tələf olması qeydə alınıb:

“Bununla bağlı dərhal Tərtər rayon Baytarlıq İdarəsinə müraciət etdim. İdarədən qeyri-iş gününün olduğu əsas gətirilərək ölmüş heyvanlardan nümunələrin götürülərək laboratoriyaya göndərilməsi məsləhət bilinmədi”.

Sahibkar deyib ki, yerli baytarlar qoyunlarda ilkin olaraq Bradzot xəstəliyinə qarşı müalicə aparıblar:

“Lakin iynələr vurulduğu gecə əlavə 15 heyvan tələf olub. Hazırda təsərrüfatımda 30 baş qoyun tələf olub, 20-yə yaxın isə xəstə qoyun-quzu var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*