Tərtərdə qəza: 8 nəfər yaralandı backend

Tərtərdə qəza: 8 nəfər yaralandı 

Tərtərdə 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Qarağacı kəndində qeydə alınıb.

Belə ki, “Hyundai” markalı minik avtomobili hərəkətdə olan zaman idarəetməni itirərək qarşıdan gələn “Chevrolet” markalı minik avtomobili ilə toqquşub.

Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2 qadın yüngül xəsarət aldığı üçün evə – ambulator müalicəyə buraxılıb.

Digər 6 nəfər Əlisoy Ehtiram, Atayev Arzuman, Almazov Sahil, Hüseynov Hüseyn, Nəbiyev İslam, Əlizadə Elşən ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan 1-i Bakıya, 2-si isə Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*