Tərtərdə baş verən qəzada xəsarət alan digər piyada da həyatını itirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan KONKRET.az-a bildirilib ki, bu gün saat 18 radələrində Bərdə rayon sakini Zülfüqar Hidayət oğlu Bayramovun idarə etdiyi VAZ-2107 markalı avtomobil yolu nəzərdə tutulmayan yerdən keçən Cəmilə Zeynalova və Mahirə Qədimovanı vurub.
Nəticədə hər iki piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
