Təyyarə anqardan çıxmamış qəza oldu: Ölən və yaralananlar varbackend

Təyyarə anqardan çıxmamış qəza oldu: Ölən və yaralananlar var

Rusiyada təyyarə zavodunda “İl-76” təyyarəsinin sınaqları zamanı ölümlə nəticələnən faciə baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiyanın Birləşmiş Aviatikinti Korporasiyasının Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə “Aviastar” müəssisəsində istehsalda olan hava gəmisinin füzelyajının sınaqları zamanı baş verib.

“Müəssisənin bir neçə əməkdaşı xəsarət alıb, bir nəfər ölüb. Yaralılara tibbi yardım göstərilir. Hadisənin səbəbləri müəyyənləşdirilir”, – deyə mənbədən bildirilib.

Tibbi xidmətdən yaralıların sayının altı nəfər olduğu bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*