Təyyarə qəzasında həlak olanların ailələri təzminat tələb etməyiblər – İranın Kiyevdəki səfiribackend

Təyyarə qəzasında həlak olanların ailələri təzminat tələb etməyiblər - İranın Kiyevdəki səfiri

İranın Kiyevdəki səfiri Mənuçöhr Moradi 2020-ci ilin yanvarında Tehran səmasında Ukrayna Beynəlxalq Hava Yollarına (UİA) məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olan ukraynalıların ailələrinin pul təzminatı üçün müraciət etmədiyini iddia edib.

KONKRET.az-ın məlumatına görə, səfir bunu Ukraynanın “UNN” xəbər agentliyinə müsahibəsində bildirib.

“İran hökuməti fəlakət qurbanlarının ailələrinə ödəmək üçün 150 min dollar məbləğində təzminat məbləğini müəyyən edib. Bu məbləği neçə ailə alıb, məndə dəqiq məlumat yoxdur, çünki bu proses davam edir, amma kimsə bu məbləği alıb. Ukraynalı ailələrə gəlincə, onların heç biri hələ ki, əlaqə saxlamayıb”, – səfir bildirib.

Ukraynanın baş prokurorunun müavini Maksim Yakubovski bildirib ki, ölkə prokurorluğu ölən sərnişinlərin yaxınlarına hər cür yardım göstərəcək. O, mülki təyyarənin məhv edilməsini “bütün dünya öldürülən 176 günahsız insanın müdafiəsinə qalxdığı zaman görünməmiş bir hadisə” adlandırıb. Bundan əvvəl o, bildirib ki, iki il ərzində fəlakətlə bağlı cinayət işi çərçivəsində müxtəlif ölkələrə 26 sorğu göndərilib. Eyni zamanda, İran faktiki olaraq Ukraynanın beynəlxalq hüquqi yardım üçün müraciətlərinə məhəl qoymur.

Qeyd edək ki, təyyarə 2020-ci ilin 8 yanvar tarixində, Tehran şəhərindəki İmam Xomeyni adına Beynəlxalq Hava Limanından havaya qalxdıqdan bir necə dəqiqə sonra qəzaya uğrayıb. Qəzanın səbəbi İran İslam Respublikası Silahlı Qüvvələrinə məxsus zenit raketinin təyyarəni insan səhvi nəticəsində vurması olub. Təyyarədə olan 176 nəfərdən hamısı qəza nəticəsində həlak olub.“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*