Təyyarədə dava salan sərnişin oturacağa skoçlandı – VİDEObackend

Təyyarədə dava salan sərnişin oturacağa skoçlandı - VİDEO

ABŞ-də Texasdan Nyu-Cersiyə həyata keçirilən uçuş zamanı sərxoş vəziyyətdə olan sərnişin dini xarakterli təhqirlər qışqırıb, bələdçiyə qarşı irqçi ifadələr işlədib, həmçinin yanında əyləşən şəxsə zərbə endirib.

KONKRET.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.

Bildirilib ki, o, bundan əlavə başqa bir sərnişinin notbukunu sındıraraq digər insanlarla davaya girişib. Məlumata görə qaydanı pozan şəxs zərərsizləşdirilib və birbaşa əyləşdiyi oturacağa skoçla möhkəm bağlanıb. Baş vermiş hadisə ilə əlaqədar olaraq, pilotlar Merilend ştatında məcburi eniş ediblər və burada aqressiv sərnişin hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*