Tiflis bu il yolkasız qalacaq – Qərarbackend

Tiflis bu il yolkasız qalacaq – Qərar

Bu il Tiflisdə Yeni il yolkası quraşdırılmayacaq. Bununla bağlı Tiflis şəhər meriyasının iclasında qərar qəbul edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Tiflis şəhərinin meri Kaxa Kaladze məlumat verib.

Onun sözlərinə görə, qərar ölkədə, xüsusən də paytaxtda yaranmış epidemioloji vəziyyətlə əlaqədar qəbul edilib.

Mer bildirib ki, hər ilin sonunda Yeni il yolkasının bəzədilməsi və işıqlandırılması üçün təxminən 700 000-800 000 lari vəsait xərclənirdi. Bu il isə həmin vəsait hesabına ən çox ehtiyacı olan ailələrə yardım göstəriləcək.

Ehtiyacı olan ailələrə ərzaq və digər qida məhsulları, eləcə də Yeni il hədiyyələri təqdim olunacaq.axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*