Tina Kandelaki Qazaxıstana buraxılmayacaq – Qalmaqal böyüyürbackend

Tina Kandelaki Qazaxıstana buraxılmayacaq – Qalmaqal böyüyür

Qazaxıstanla bağlı təxribat xarakterli bəyanatından sonra Tina Kandelakinin ölkəyə girişi məhdudlaşdırılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Artıq bu məqsədlə lazımi tədbirlər görülüb”,- deyə partamentin nümayəndəsi Aybek Smadiyarov vurğulayıb.

“Bu gün və ya sabah ölkəyə girişi qadağan edilən şəxslərin siyahısını bizdən istəməyin. Dövlət bunu heç vaxt bağışlamayacaq. Çox güman ki, o, gəlmək istəməz, amma gəlsə, onu ölkəyə buraxmayacaqlar”, – Smadiyarov bildirib.

Rusiyalı teleaparıcı Tina Kandelaki Qazaxıstanda rus dilinin sıxışdırılmasıyla bağlı paylaşım edib və bu, Qazaxıstanda böyük etirazlara səbəb olub.

Məlumat üçün bildirək ki, Tina Kandelakinin atası gürcü, anası ermənidir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*