Tofiq Yaqublu Milli Şuranın piketindən danışdı: “Heç bir pozuntuya yol verməyəcəyik”backend

Tofiq Yaqublu Milli Şuranın piketindən danışdı: “Heç bir pozuntuya yol verməyəcəyik”

Bakı Şəhəri İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 8-nə təyin etdiyi aksiyanın keçirilməsinə icazə verib.

Piket oktyabrın 8-i saat 15:00-dan 16:00-dək meriyanın inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə keçiriləcək.

Sərbəst toplaşmaq azadlığı haqqında qanuna görə, “piket” – ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərini ifadə edən şəxslərin nümayişdə iştirak edənlərdən daha kiçik bir qrupunun müəyyən yerdə toplaşmasıdır.

Qanunda qeyd olunur ki, piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.

Bəs görəsən Milli Şura qanunun tələblərinə uyğun piket keçirəcəkmi?

KONKRET.AZ bildirir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Şuranın üzvü Tofiq Yaqublu bildirib ki, müxalifət indiyə qədər heç bir zaman sərbəst toplaşmaq haqqında qanunu pozmayıb, bütün tədbirləri də ona uyğun keçirib.

Onun sözlərinə görə, ilk dəfədir ki, hökumət belə bir müraciətə müsbət cavab verib.

“Sərbəst toplaşmaq haqqında qanunda cəmi 50 nəfər göstərib.

Bu o demək deyil ki, insanlar kənardan gəlib piketə baxa bilməzlər.

İştirak etmədən, əlində plakat tutmadan kimlərsə piketə baxa bilərlər.

Necə olur ki, küçədə iki avtomobil toqquşanda millət yığılır ki, baxaq görək nə baş verir.

Küçədən insanlar keçir, onlar üçün maraqlı olur ki, piketçilər nə deyirlər.

Çıxışlara qulaq asmağa hüquqları var, sadəcə piketçilərin sırasında ola bilməzlər, şüar səsləndirə bilməzlər.

Biz də Milli Şura olaraq qanunu və piketin tələblərini bilirik, heç bir pozuntuya yol verməyəcəyik”, -deyə Tofiq Yaqublu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*