Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev rusiyalı həmkarı Vladimir Putini İstanbul danışıqlarına qayıtmağa çağırıb.
KONKRET.az xəbər verir ki, Tokayev bu barədə Putinlə görüşü zamanı danışıb.
“Ermənistan-Azərbaycan münaqişəsindən fərqli olaraq, Rusiya ilə Ukrayna arasındakı müharibənin mahiyyəti bir çoxları, o cümlədən Astana üçün üçün tam aydın deyil. Bəlkə də artıq bu münaqişəni dondurmaq lazımdır,
Müharibədə Rusiya və Ukrayna kimi qardaş xalqların nümayəndələri həlak olur. Bütün bunlara son qoymaq lazımdır. Mənim qəti fikrimcə, baş verənlər həm Rusiyanın, həm də Ukrayna dövlətinin düşmənlərinin maraqlarına xidmət edir və onları sevindirir.
Qazaxıstanın Rusiyaya münasibətinə gəlincə, heç bir şübhəniz olmasın: biz həmişə Rusiyanı böyük dövlət saymışıq və buna davam edirik. Mən bunu bütün beynəlxalq forumlarda da açıq şəkildə deyirəm.
Biz çətinliklərə baxmayaraq, Rusiya ilə strateji əməkdaşlığa və müttəfiqlik münasibətlərinə sadiqik. Hazırkı forum da bunun təsdiqidir.
Rusiya böyük ölkədir, rus xalqı böyük xalqdır. Rusiya heç bir vasitəçi olmadan qarşısında duran bütün məsələləri özü həll edə biləcək”, – deyə Tokayev bildirib.
Günay Əli
KONKRET.az
