“Qazaxıstanın hazırkı Konstitusiyasına görə, prezident bir yeddi illik müddətə seçilə bilər, bundan sonra onun səlahiyyətləri başa çatır”.
KONKRET.az xəbər verir ki, bu barədə prezident Qasım-Jomart Tokayev “Egemen Qazaqstan”a müsahibəsində deyib.
Tokayev Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilməsi planı ilə bağlı şayiələri təkzib edib və prezidentin yalnız bir dəfə seçilə biləcəyini vurğulayıb.
“Mən buna inanıram. Konstitusiya islahatının məqsədi indiki formada Konstitusiyaya əlavə dəyişikliklər etmək deyildi”, – deyə Qazaxıstan dövlətinin başçısı vurğulayıb.
Tokayevin sözlərinə görə, o, 15 il əvvəl qapalı müzakirələrdə tək yeddi illik müddət ideyasından danışıb, lakin sonra bu təklif “çox dəstək tapmayıb”. “Mən 2019-cu ildə prezident seçiləndən sonra ölkədə siyasi sistem demokratikləşdirilib, iqtisadiyyatın monopoliyadan azad edilmıəsinə doğru addım atılıb”, – Tokayev əlavə edib.
Qazaxıstan Prezidenti onu da bildirib ki, uzun illərdir həll olunmamış sosial-iqtisadi problemlər və hökumətin, eləcə də cəmiyyətin deqradasiyasına çevrilən ümumi durğunluq 2022-ci ilin yanvarında silahlı iğtişaşlara səbəb olub.
Natiq Səlim,
KONKRET.az
