Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbuat konfransında bəyan edib.
Tokayev Vladimir Putinlə münasibətlərinin yaxşı olduğunu qeyd edərək, onu görkəmli dövlət xadimi hesab etdiyini vurğulayıb. Qazaxıstan lideri Ukraynadakı münaqişənin dayandırılması ilə bağlı mövqeyini də açıqlayıb: “Putinin Ukraynadakı münaqişəyə son qoyulması ilə bağlı mövqeyimi anlamasına görə minnətdaram. Bütün dövlət başçıları, o cümlədən Putin hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdırlar”.
O, Rusiyaya qarşı döyüşləri “dərhal dayandırmaq” təklif etmədiyini, əksinə, onların dondurulmasını və danışıqlara keçilməsinin vacibliyini qeyd edib: “Mən qonşu ölkədə sülhün təmin edilməsinə öz töhfəmi vermək üçün əlimdən gələni edəcəyəm”.
Natiq Səlim,
KONKRET.az
