Toqquşmalarda Qırğızıstandan  ölənlərin sayı 36 nəfərə yüksəldibackend

Toqquşmalarda Qırğızıstandan ölənlərin sayı 36 nəfərə yüksəldi

Tacikistan-Qırğızıstan sərhədində baş verən münaqişədə ölənlərin sayı 36 nəfərə çatıb.

KONKRET.azKommersant”a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 100-dən çox insan yaralanıb.

“Saat 10:00-a verilən operativ məlumatlara əsasən, daha 12 nəfərin cəsədi Batken xəstəxanalarına qəbul edilib. Batken bölgəsində silahlı qarşıdurma nəticəsində ölənlərin ümumi sayı 36 nəfərdir”, – deyə məlumatda bildirilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, 129 Qırğızıstan vətəndaşı xəsarət alıb. Onlardan 7-si ambulator müalicəyə göndərilib.

Qeyd edək ki, Qırğızıstan və Tacikistan sərhədində eskalasiya sentyabrın 14-də başlayıb. Qırğızıstanın Batken vilayətinin Batken və Leylek rayonlarında sərhəd boyunca toqquşmalar baş verib. Sentyabrın 17-də Qırğızıstan hərbçilərin döyüşlər zamanı Tacikistanın işğal etdiyi bir sıra yaşayış məntəqələrini azad etdiyini bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*