Tovuzda azyaşlının ölümü ilə nəticələnən qəza baş verib.
KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza nəticəsində azyaşlı hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
