Toy edənlərin nəzərinə! – QƏRAR DƏYİŞDİRİLDİbackend

Toy edənlərin nəzərinə! - QƏRAR DƏYİŞDİRİLDİ

Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilmsə haqqında qərar imzalayıb.

KONKRET.az xəbər verir ki, qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya koronavirusdan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Bundan öncə COVID pasportu olmadan 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*