Toyota kütləvi problemlərə görə 3 modelin istehsalını dayandırdıbackend

Toyota kütləvi problemlərə görə 3 modelin istehsalını dayandırdı

“Toyota”nın prezidenti Akio Toyoda bazar ertəsi yeddi avtomobil modelinin sertifikatlaşdırma testlərində geniş yayılmış problemlərə, habelə onlardan üçünün istehsalının dayandırılmasına görə üzr istəyib.

KONKRET.az xəbər verir ki, aparıcı yapon avtomobilində hava yastığı sistemində nazaslıq müəyyən edilib. Mühərrikin güc testlərində də problemlər aşkar edilib.

“Toyota Motor Company” ölkədə Corolla Fielder, Corolla Axio və Yaris Cross modellərinin istehsalını dayandırıb. Ləğv edilmiş modellərdə də saxtalaşdırılmış testlər aşkar edilib.

Şirkət bildirib ki, pozuntular artıq yolda olan avtomobillərin, o cümlədən subkompakt Corolla və lüks Lexus-un təhlükəsizliyinə təsir etmir.

Yaponiya hökuməti Toyota ilə bağlı araşdırmalara yanvar ayında başlayıb. Bu məsələ Toyota-nın xaricdəki istehsalına təsir göstərmir.
Sertifikatlaşdırma problemləri iki il əvvəl Toyota Qrup şirkətlərində, kiçik modellərdə ixtisaslaşmış yük maşınları istehsalçıları “Hino Motors” və “Daihatsu Motor Co.”, eləcə də avadanlıq və avtomobil hissələri istehsal edən “Toyota Industries Corp”-da da var.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*