“Traktor” İran kubokunu qazandıbackend

"Traktor" İran kubokunu qazandı

Təbrizin “Traktor” klubu İran kubokunun sahibi olub.

KONKRET.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi paytaxt Tehrandakı “Azadi” stadionunda keçirilən final matçında “İstiqlal”la qarşılaşıb. Təbrizlilər Tehran klubuna 3:2 hesabı ilə qalib gələrək kuboku qazanıb.

Qeyd edək ki, “al qurdlar” tarixində ikinci dəfədir ölkə kubokunu qazanır. İlk dəfə 2014-cü ildə bu uğura imza atan “Traktor” 1976 və 1994-cü ildə finalçı olub.

Əlavə edək ki, “Traktor” kuboku qazanmaqla Asiya Çempionlar Liqasının birbaşa qrup mərhələsindən mübarizəyə başlayacaq. modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*