Tramp Ağ Evə qayıtsa, milyarder onun müşaviri olacaq – Bunu ABŞ mediası iddia edirbackend

Tramp Ağ Evə qayıtsa, milyarder onun müşaviri olacaq – Bunu ABŞ mediası iddia edir

Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə milyarder İlon Mask onun müşavari ola bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Nəşr xatırladıb ki, iki il əvvələ qədər Tramp və Mask arasında münasibətlər gərgin idi və hər ikisi açıq şəkildə bir-birini təhqir edirdi. Amma indi aralarında dostluq əlaqələri qurulur. Mənbələrin dediyinə görə, Tramp və Maskın ayda bir neçə dəfə telefonla danışdığını bildirir.

Tramp Maskla sərhədlərin təhlükəsizliyi və iqtisadiyyatla bağlı siyasətlərə rəsmi təsir imkanlarının milyarderə veriləcəyi barədə danışıqlar aparıblar. Onların immiqrasiya, texnologiya və elm, eləcə də ABŞ Kosmik Qüvvələrinin inkişafı məsələlərini müzakirə etdiyi, baxış və maraqlarının uyğunlaşdığı vurğulanıb. Danışıqlar həmçinin Maskın bəzi şirkətlərini, o cümlədən “X” sosial media platforması, elektrikli avtomobil istehsalçısı “Tesla” və raket daşıyıcısı və peyk qurğusu “SpaceX” kimi məsələləri də əhatə edib.

Mask Trampdan xüsusən də “Spaces” canlı audio funksiyasından istifadə etməklə “X” sosial şəbəkəsində postlarını fəal şəkildə artırmağı xahiş edib.

O, Trampın Baydenə qalib gəlməsinə kömək etmək üçün elit işgüzar və texnologiya çevrələrindəki nüfuzundan istifadə etmək qərarına gəlib. Artıq Mask və milyarder-investor Nelson Peltslə birlikdə elit çevrələrdə təsir kampaniyası aparır və onları hazırkı prezident Co Baydenin yenidən seçilməsinə dəstək verməməyə inandırır.

Maska yaxın mənbələrdən biri danışıb ki, milyarderi ölkənin istiqaməti ilə bağlı narahatlıqlar motivasiya edib. Xüsusən də milyarder liberal siyasətin mənbəyi olan “ağlın oyandığı virus”a qarşı çıxış edib. Mask işarə edib ki, onu Tramp kampaniyasına çek yazmaqdan daha çox şey maraqlandırır.

Qeyd edək ki, Trampın prezidentliyi dövründə Mask Ağ Evin biznes məsləhət qruplarında çalışıb. Lakin Trampın ABŞ-ni Paris iqlim sazişindən çıxarmaq qərarı ilə razılaşmadığı üçün 2017-ci ildə istefa verib.

Xatirə SADİQ,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*