Tramp İrana hücumu ləğv etdi backend

Tramp İrana hücumu ləğv etdi 

ABŞ Prezidenti Donald Tramp İrana planlaşdırılan hərbi hücumun dayandırıldığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, D.Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ Prezidenti bildirib ki, ölkəsi İrana qarşı İkinci Dünya müharibəsindən bəri görünməmiş hərbi hazırlıq səviyyəsinə çatıb. Lakin onun sözlərinə görə, İran və bəzi Yaxın Şərq ölkələri Vaşinqtondan hücumu təxirə salmağı xahiş edib, çünki tərəflər mümkün razılaşmanın əsas prinsipləri üzrə anlaşmaya yaxındırlar.

Tramp qeyd edib ki, müzakirə olunan razılaşma Hörmüz boğazının dərhal, tam və qeyd-şərtsiz açılmasını, həmçinin İranın nüvə proqramı ilə bağlı təhdidlərin aradan qaldırılmasını nəzərdə tutur.

“Bu müraciəti nəzərə alaraq, dünyanın gələcək rifahı və eyni zamanda uğurlu və firavan İran naminə, qısa müddətdə razılaşma əldə olunacağı təqdirdə, planlaşdırılan hücumu ləğv etmək qərarına gəldim. İsrail də bu öhdəliyə qoşulur”, – deyə Tramp vurğulayıb.

ABŞ Prezidenti sonda tərəfləri danışıqları sürətlə başa çatdırmağa çağıraraq, “Hamı işə başlasın və bunu başa çatdırsın”, – ifadəsini işlədib.

Günay Əli 

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*