Tramp İrana ultimativ tələb irəli sürdü: “Ya razılaşma, ya da…”backend

Tramp İrana ultimativ tələb irəli sürdü: "Ya razılaşma, ya da..."

ABŞ Prezidenti Donald Tramp İrana Hörmüz boğazı ilə bağlı dərhal razılıq əldə etmək üçün sərt ultimativ tələb irəli sürüb.

“Bloomberg” agentliyinin məlumatına görə, Vaşinqton Tehran qarşısında açıq şərt qoyub: ya bu gün Hörmüz boğazının tam açılması ilə bağlı saziş əldə olunmalıdır, ya da İran tərəfi “dağıdıcı nəticələrlə” üzləşəcək.

KONKRET.az xəbər verir ki, ABŞ lideri bu addımı Tehran üçün “son şans” adlandırıb və Omanın vasitəçiliyi ilə razılaşmanın yaxın saatlarda əldə olunmalı olduğunu bildirib. “Mən onlara başını kəsməzdən əvvəl son şans vermək istəyirəm”, – deyə Tramp bəyan edib. O, vəziyyətin son dərəcə gərgin olduğunu və ABŞ-ın hərbi-siyasi təzyiqləri artırmağa hazılaşdığını vurğulayıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*