Amerikalı lider Donald Tramp Venesuelada “ölkənin vəziyyəti haqqında” illik hesabatında ölkə prezidenti Nikolas Maduronun hökumətini nəzərdə tutaraq Venesuelada “zalımlığı əzmək” vədini verib.
KONKRET.az xəbər verir ki, Tramp qeyd edib ki, ABŞ kubalıların, nikaraqualıların və venesuelalıların demokratiyanın bərpasına olan ümidlərini dəstəkləyir.
Bundan sonra o, Venesuelanın müxalifət lideri Xuan Guaydoya müraciət edərək, ölkənin “həqiqi və qanuni prezidenti” kimi hesab etdiyini bir daha vurğulayıb.
Tramp Guaydonu illik məruzəsi ilə çıxış etməyə dəvət edib.
21 yanvar 2019-cu ildə Maduro and içdikdən sonra ona qarşı kütləvi etiraz aksiyaları başlayıb. Nəticədə, Guaydo qeyri-qanuni olaraq özünü müvəqqəti dövlət başçısı elan edib. ABŞ başda olmaqla bir sıra ölkələr Quaydonu dövlət başçısı kimi tanıyıblar. Öz növbəsində, Rusiya, Çin, Türkiyə və bir sıra digər ölkələr Maduronu legitim prezident kimi dəstəkləyiblər.
Babək Göyüş
KONKRET.az
