Tramp vəd verdi – “Bitcoin” 70 min dollara çatdıbackend

Tramp vəd verdi - "Bitcoin" 70 min dollara çatdı

29 iyul 2024-cü il “Bitcoin” qiyməti yüksəlişini davam etdirərək 70 min dollara yaxınlaşıb. ABŞ prezidentliyinə namizəd Trampın “Bitcoin”lərinizi satmayın” açıqlaması qiymətlərə cidid təsir edib.

KONKRET.az xəbər verir ki, bu arada ABŞ-da bələdiyyələr də kriptovalyuta almağa başlayıb. Analitiklər “Qiymətlər sürətlə artdı, qısamüddətli gözləntilər özünü doğrultdu. 70-72 min dollar həddində ciddi müqavimət var. Mənfəət satışı baş verə bilər”, -deyə məsələyə münasibət bildiriblər.

Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Tramp ABŞ-ı kriptovalyuta paytaxtına və dünyanın super gücünə çevirəcəyini vəd edib. Ona görə də “Bitcoin” qiyməti 29 iyul 2024-cü il tarixli əməliyyatlarda son 7 həftənin ən yüksək səviyyəsinə qalxıb. Səhər saatlarında əməliyyatlar 69 min 500 dollara yaxınlaşıb.

Analitiklər bildirir ki, keçən həftə ABŞ-da kriptovalyutanın satış həcmi 1 milyard dolları ötüb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*