Trampdan İrana XƏBƏRDARLIQ: Bu, sadəcə başlanğıcdır…backend

Trampdan İrana XƏBƏRDARLIQ: Bu, sadəcə başlanğıcdır...

Yəməndə husilərə qarşı əməliyyat Donald Tramp administrasiyasının İrana “maksimum təzyiq” göstərmək strategiyasının yalnız başlanğıcıdır.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent “NBC News”a müsahibəsində bildirib.

“Bu, güclü siqnaldır və əvvəlki administrasiyanın siyasətindən köklü şəkildə uzaqlaşmadır. Husilər və İran başa düşməlidirlər ki, bu, yalnız başlanğıcdır. Biz dünya ticarətini yavaşlatan və inflyasiya təzyiqlərini artıran naviqasiya azadlığının tıxanmasına imkan verməyəcəyik. İki həftə əvvəl Tramp İrana qarşı “maksimum təzyiq” strategiyasını elan edib və bu strategiyanın məqsədi İran neftinin ixracını sıfıra endirməkdir”, – deyə o, bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*