Trampın impiçmentini dəstəkləyən qətnamə qəbul edildibackend

Trampın impiçmentini dəstəkləyən qətnamə qəbul edildi

ABŞ Konqresinin aşağı palatası Prezident Donald Trampın impiçmenti məsələsi üzrə demokratların başlatdığı təhqiqat prosedurunu dəstəkləyən qətnaməni bəyənib.

KONKRET.AZ TASS-a istinadən xəbər verir ki, qətnamənin lehinə 232, əleyhinə 196 qanunverici səs verib.

ABŞ Prezidentinin impiçmenti məsələsinə baxılarkən partiya mənsubiyyəti ilə əlaqədar fikir ayrılığı yaranıb. Belə ki, respublikaçılar qətnamənin əleyhinə (194 səs, 3 nəfər səsvermədə iştirak etməyib), demokratlar lehinə (231 nəfər, 1 nəfər səsvermədə iştirak etməyib) səs veriblər. Demokratlarla birlikdə bir müstəqil konqres üzvü də qətnaməni dəstəkləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*