Trampın oğlu görün nədə günahlandırılırbackend

Trampın oğlu görün nədə günahlandırılır

ABŞ Prezidenti Donald Trampın oğlu İtaliyanın şimalında qeyri-qanuni ovçuluqla məşğul olmaqda şübhəli bilinir.

KONKRET.az xəbər verir ki, o, İtaliyanın şimalındakı Venesiya laqonunda nadir ördək növünü vurmaqda günahlandırılır.

Məsələ ilə bağlı müxalif “Yaşıllar”dan və Sol Alyansdan olan deputat Luana Zanella ətraf mühit nazirindən hadisə ilə bağlı parlamentə hesabat verməsini tələb edib.

O xatırladıb ki, İtaliyada qorunan quş və heyvan növlərinin güllələnməsi qanunla qadağandır və buna görə, cəza verilə bilər. Üstəlik, İtaliyanın qeyri-rezidentləri üçün Venesiya Laqonunda ov etmək qadağandır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*