backend

"Tükiyə qarant kimi Azərbaycanın milli maraqlarını qoruyacaq" - AÇIQLAMA

“Azərbaycanın Qarabağ məsələsində tutduğu mövqe Türkiyənin siyasi dəstəyi ilə daha da güclənəcək”.

Bununla bağlı fikirlərini KONKRET.az-la bölüşən Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə bildirib ki, Azərbaycan, Rusiya və Ermənistan arasındakı məlum atəşkəs bəyanəməsində qeyd edilən əsas məsələ Ermənistanın kapitulyasiyasıdır:

“Hesab edirəm ki, qalib tərəf Azərbaycandır. Baxmayaraq Rusiya sülhməramlı qüvvələri Qarabağa, Laçın dəhlizinə, Xankəndinə və təmas xətti deyilən nöqtəyə gələcək. Əsas odur ki, bütövlükdə Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. İmza edilən sənədlər, bundan sonra aparılacaq danışıqlar və müqavilələr Azərbaycan ərazi bütövlüyünü özündə ehtiva edəcək. Qarabağda sülhün təminatçısı kimi Rusiya və Türkiyənin bağlanan memoranduma əsasən Sülhməramlı Mərkəzinin Xankəndi, Qarabağ ərazisində yerləşəcək. Tərəflər sülhü təmin edəcəklər. Ümumiyyətlə, hər iki müdafiə nazirləri arasında bağlanan müqaviləyəyə əsasən Tükiyə qarant kimi Azərbaycanın milli maraqlarını qoruyacaq və  dövlətimizə qarşı olacaq hər hansı təxribatın qarşısını alacaq.

Azərbaycanın Qarabağ məsələsində tutduğu mövqe Türkiyənin siyasi dəstəyi ilə daha da güclənəcək. Ən önəmlisi isə bu prosesdə tək tərəfli Rusiyanın mövqeyini güclənndirməyəcək və balansı qoruyacaq. Düşünürəm ki, müdafiə nazirləri arasında bağlanan müqavilə cənubi Qafqazda sülhün təminatçısı kimi Rusiya və Türkiyənin iştirakını, gələcəkdə ermənilərin gələcəkdə bizə qarşı hər hansı cinayətə əl atmasının qarşısını alacaq. Önəmli olan ermənilərə heç bir status və muxtariyyat verilməyəcək. Türkiyənin prosesdə iştirak etməsi Rusiyanın Qarabağda ermənilərə dəstək verməsinin də qarşısını alacaq. Ümumiyyətlə, Türkiyənin iştirakı proseslərin Azərbaycanın maraqlarına uyğun davam etməsini tam təmin edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*