Türk birliyində yeni mərhələnin təməli Şuşada qoyuldubackend

Türk birliyində yeni mərhələnin təməli Şuşada qoyuldu

Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən Zirvə görüşü türk dünyasında birliyin təmin edilməsi istiqamətində tarixi hadisədir. Hər şeydən öncə belə bir görüşün məhz Şuşada – işğaldan azad edilmiş ərazilərdə keçirilməsi iki mühüm aspektdən diqqət çəkir.

Birincisi, Azərbaycanın Qarabağ zəfərinin dünyaya nümayiş etdirilməsidir. Çünki TDT-nin toplantısı azad edilmiş ərazilərdə ilk beynəlxalq səviyyəli tədbir idi və Azərbaycan bununla ərazi bütövlüyünü, suverenliyini təmin etdiyini bir daha əyani şəkildə göstərdi.

İkincisi, türk dünyasının yeni dövrünün təməli məhz Şuşada atıldı.

Türk dünyasında inteqrasiyanın dərinləşməsi, birliyin təmin edilməsi ilə bağlı son 4 ildə, Qarabağın azad edilməsindən sonrakı dövrdə mühüm addımlar atılıb. Bu prosesdə Prezident İlham Əliyevin titanik əməyi aydın görünür. Şuşa Zirvəsi bu prosesin kuliminasiya nöqtəsi idi və liderlər birliyin, bərabərliyin təmin edilməsində siyasi iradə nümayiş etdirdilər.

Zirvədə qəbul edilən Qarabağ Bəyannaməsi bu kontekstdə tarixi sənəddir. 3 il öncə – 2021-ci ildə Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi məhz bu torpaqlarda imzalanmışdı və bununla türk birliyi istiqamətində mühüm addım atılmışdı. İndi də məhz Şuşada imzalanan Qarabağ Bəyannaməsi ilə TDT-nin güclənməsi, qlobal siyasətdə güc mərkəzinə çevrilməsi istiqamətində tarixi addım atıldı. Bəyannamədə türk dövlətlərinin siyasi, iqtisadi və digər sahələrdə hədəfləri yer alır, eləcə də ölkələr arasında, yəni türk dünyasında nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi kimi mühüm hədəflər müəyyən edilir. Bu bəyannaməni ümumilikdə TDT-nin gələcək gündəliyi kimi qəbul etmək olar. Şuşa Zirvəsi TDT-nin gələcək hədəflərini müəyyən etdi.

Bütün bu prosesdə – Şuşa Zirvəsinin təşkil edilməsindən tutmuş. Türk dünyasının birliyinin təmin edilməsi, TDT-nin güclənməsinə qədər hər şeydə Prezident İlham Əliyevin rolu qırmızı xətlə seçilir. İndiyə qədər türk birliyinin qurulmasında Türkiyə və Azərbaycan liderləri mühüm işlər görüb. Şuşa Zirvəsi bu istiqamətdə əhəmiyyətli yol qət edildiyini ortaya qoydu. Artıq TDT beynəlxaıq siyasətdə yeni güc olaraq meydana çıxır.

Prezident İlham Əliyev də bəyan etdi ki, əsas hədəf TDT-nin beynəlxalq siyasətdə güc mərkəzinə çevrilməsidir. Şuşa Zirvəsi və qəbul edilən Qarabağ Bəyanaməsi bu hədəfə gedən yolda mühüm addımlardan biri, bəlkə də ən vacibidir. Çünki Şuşada türk dünyasının yeni dövrünə start verildi.

Bu dövrün əsas banilərindən biri Azərbaycan, məhz Prezident İlham Əliyevdir. Bunu Şuşa Zirvəsində iştirak edən liderlər də təsdiq edirlər. Azərbaycanın türk birliyinin təmin edilməsi, eləcə də həyata keçirdiyi beynəlq səviyyəli işlər TDT-nin Qarabağ Bəyannaməsində də əksini tapır.

TDT-nin dövlət başçıları Prezident İlham Əliyevə türk dünyasının birliyi, həmrəyliyi, təhlükəsizliyi və rifahına verdiyi böyük və davamlı töhfəsinə, təşkilatın vahid ruhunun gücləndirilməsində qətiyyətli liderliyinə və Şuşada Zirvə görüşündə uğurla yekunlaşan müzakirələrə sədrlik etdiyinə görə dərin təşəkkür bildirir, Azərbaycan Hökumətinin və xalqının səmimi qonaqpərvərliyini yüksək qiymətləndirirlər.

Bu qeydlər Qarabağ Bəyannaməsində yer alır və Prezident İlham Əliyevin türk dünyasının birliyi, inkişafı naminə göstərdiyi əzmkar səyləri özündə əks etdirir.//Demokrat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*