I Türk Dünyası Bəstəkarları Qurultayı çərçivəsində Türk Dünyası Bəstəkarlar Birliyi yaradılıb.
KONKRET.az xəbər verir ki, Türk Dünyası Bəstəkarlar Birliyi (Turkic Union of Composers (TUC) Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanın aparıcı musiqi qurumlarının nümayəndələri tərəfindən təsis edilib.
Qeyd edək ki, Türk Dünyası Bəstəkarlar Birliyinin təsis edilməsi Bakı Bəyənnaməsinin imzalanması ilə rəsmiləşdirilib. Bununla da bəstəkarlar, musiqişünaslar, ifaçılar, konservatoriyalar, musiqi akademiyaları və türk ölkələrinin yaradıcılıq birlikləri arasında daimi peşəkar əməkdaşlığın əsası qoyulub.
***
Bakıda XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı keçirilir.
KONKRET.az xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqında keçirilən qurultayda türk dövlətlərindən olan bəstəkar təşkilatlarının rəhbər şəxsləri, musiqişünaslar, mədəni-ictimai xadimlər və media mənsublar iştirak edir.
Qurultay çərçivəsində türk dövlətlərinin musiqi sahəsində ortaq layihələrinin, perspektivlərinin müzakirəsi nəzərdə tutulur.
Xatırladaq ki, ötən gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında XVIII Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. Festival sentyabrın 30-dək davam edəcək. Bu çərçivədə müxtəlif konsertlər və musiqi tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
