Türkiyə Silahlı Qüvvələrinin baş çavuşu Sinan İnak İraqda şəhid olub.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, terrorçular Türkiyə hərbçilərinə atəş açıb. Nəticədə Sinan İnak şəhid olub.
Hadisə “Pençe-Kilit” bölgəsində baş verib.
