Türkiyə, Finlandiya və İsveçin xarici işlər nazirləri görüşdü – YENİLƏNİBbackend

Türkiyə, Finlandiya və İsveçin xarici işlər nazirləri görüşdü - YENİLƏNİB

Türkiyə, Finlandiya və İsveç xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutub.

KONKRET.az xəbər verir ki, bu barədə İsveç xarici işlər naziri Ann Linde “Twitter”də bildirib.

“Finlandiyalı həmkarım Pekka Haavisto və türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə mühüm görüşümüz baş tutdu. Biz təhlükəsizlik vəziyyətinin pisləşməsini və NATO-nun açıq qapı siyasətini müzakirə etdik”, nazir Linde bildirib.

***

21:39

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, sabah Berlində keçiriləcək NATO ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi iclasına qatılacaq.

Bu barədə KONKRET.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.

Məlumatda qeyd olunub ki, görüş zamanı Ukrayna məsələsi başda olmaqla bir çox gündəm məsələləri müzakirə ediləcək.

Türkiyənin xarici siyasət idarəsinin rəhbəri tviter hesabında Almaniyaya səfər etdiyini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*