Türkiyə gəmisi yunan katerini qovdu – Toqquşma baş verdibackend

Türkiyə gəmisi yunan katerini qovdu - Toqquşma baş verdi

Yunanıstanın Sahil Təhlükəsizliyi Xidmətinə məxsus kater Türkiyənin ərazi sularının sərhəd xəttini pozub.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Balikesirin Ayvalık ilçəsi sahilindən bir neçə km uzaqlıqda qeydə alınan insident zamanı məlum olub ki, yunan kateri qeyri-qanuni miqrantları daşıyan qayığı öz ərazisindən çıxarmaq istəyib.

Məlumat əsasında Türkiyə katerləri dərhal əraziyə doğru hərəkət edərək yunan tərəfi ilə rabitə əlaqəsi yaradıb və onların ərazi sularından çıxmalarını tələb ediblər.

Lakin yunanlar çağırışlara məhəl qoymadığından Türkiyə katerləri zor gücü ilə yunan katerini ərazidən çıxarıb. Hətta insident zamanı katerlərin toqquşduğu da bildirilib.

Miqrantlar isə türklər tərəfindən xilas edilərək Ayvalıka gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*