Türkiyə Ukrayna taxılının olduğu iddia edilən Rusiya yük gəmisini saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Reuters agentliyi Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnara istinadən məlumat yayıb.
Türkiyədə Ukrayna taxılını daşıdığı iddia edilən Rusiyaya məxsus yük gəmisi saxlanılıb.
“Biz (Türkiyə ilə] tam əməkdaşlıq edirik. Hazırda gəmi limanın girişində dayanır. Gəmi Türkiyə gömrük orqanları tərəfindən saxlanılıb”, – deyə səfir bildirib.
Bodnar əlavə edib ki, Rusiya gəmisinin taleyi müstəntiqlərin bazar ertəsi, iyulun 4-də keçiriləcək iclasında həll olunacaq.
Daha əvvəl məlum olub ki, Ukrayna Berdyanskdan Ukrayna taxılını daşıdığı iddia edilən Rusiya bayrağı altında üzən gəminin saxlanılması və həbs edilməsi tələbi ilə Türkiyəyə müraciət edib. Gəmidə təxminən 4,5 min ton Ukrayna taxılının olduğu iddia edilirdi.
Bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin ölkənin Ukraynadan taxıl ixracı zamanı təhlükəsizliyi təmin etməyə hazır olduğunu bəyan edib. O, həmçinin bildirib ki, Rusiya tərəfi ixrac öhdəliklərini yerinə yetirmək və taxıl və gübrə tədarükünə kömək etmək niyyətini təsdiqləyib.
Qərb ölkələri dəfələrlə Rusiyanı Ukrayna taxılının ixracına mane olmaqda və Ukrayna limanlarının bağlanması səbəbindən onun dünya bazarında qıtlığına səbəb olmaqda ittiham ediblər. Rusiyada bütün iddiaları rədd edir və buğda ixracına mane olmamaqda israr edirlər.
Xuraman Etibarlı,
KONKRET.az
