Türkiyə ikili qeydiyyatı olan Rusiya təyyarələrinin ölkə üzərində uçuşunu QADAĞAN ETDİbackend

Türkiyə ikili qeydiyyatı olan Rusiya təyyarələrinin ölkə üzərində uçuşunu QADAĞAN ETDİ

Türkiyə ikili qeydiyyatı olan Rusiya təyyarələrinin ölkə üzərində uçuşunu qadağan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə hakimiyyəti Rusiya ikili qeydiyyatlı təyyarələrinin ölkənin hava məkanından istifadəsinə qadağa qoyub. Məhdudiyyət noyabrın 1-dən qüvvəyə minib.

Nordwind Airlines şirkətinin direktorlar şurasının üzvü Anna Podqornaya RBK-nin rus nəşrinə verdiyi şərhdə qeyd edib ki, Rusiyadan Misirə uçuş müddəti 20-30 dəqiqə artıb, lakin bu, turların qiymətinə təsir etməyib.

Eyni zamanda, Rusiya Federasiyasının Nəqliyyat Nazirliyi artıq Türkiyənin bu cür qərarlarını “ayrı-seçkilik” adlandırıb.

Departament bəyan edib ki, “bu, Beynəlxalq Mülki Aviasiya Təşkilatının məqsəd və vəzifələrinə ziddir”.

Bundan əlavə, Rusiya təyyarələrini qeydiyyatdan çıxarmayan Bermud adaları da günahkardı.

“Rusiya aviadaşıyıcıları Bermud adalarının aviasiya orqanlarına müvafiq sorğular göndəriblər. Bermud adalarının aviasiya reyestrində təyyarələrin qeydiyyatdan çıxarılmasının gecikdirilməsi Çikaqo Konvensiyasının kobud şəkildə pozulmasıdır”, – Nəqliyyat Nazirliyi əmin edib.

Xatırladaq ki, fevralın 24-dən etibarən aviaşirkətlər Rusiya Federasiyası ərazisindən istifadəni dayandırıb.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*