Türkiyə İsveçə NATO təlimlərində iştiraka icazə verdibackend

Türkiyə İsveçə NATO təlimlərində iştiraka icazə verdi

İsveç hələ NATO üzvü olmasa da, Türkiyə ona NATO-nun ən böyük hərbi təlimində iştirak etməyə icazə verib.

KONKRET.az xəbər verir ki, NATO-ya üzv ölkələrin ordu başçılarının yanvarın 17-18-də Brüsseldə keçirilən toplantısında Türkiyənin Baş Qərargah rəisi Metin Gürak İsveçin qarşıdan gələn ən böyük hərbi təlimlərdə iştirakına icazə verib.

Qeyd edilir ki, bu hərbi təlimlər Soyuq Müharibədən bəri ən böyük təlim olacaq və onlar Rusiya Federasiyasından gələn təhdidlərə qarşı yönəlib. Təlimdə 31 ölkədən 90 minə yaxın hərbçi iştirak edəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*