Türkiyə Ordusu İrana DAXİL OLACAQ? – Türkiyədən CAVABbackend

Türkiyə Ordusu İrana DAXİL OLACAQ? - Türkiyədən CAVAB

Türkiyə Milli Müdafiə Nazirliyi son günlər ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, ordunun təhlükəsizlik səbəbi ilə İran ərazisinə daxil olmağı planlaşdırdığına dair yayılan xəbərlərə münasibət bildirib.

KONKRET.az apa-ya istinadən xəbər verir ki, Nazirlik bu iddiaların əsassız olduğunu açıqlayıb.

Türkiyənin regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirdiyi vurğulanıb.

“Türkiyə bölgədəki bütün münaqişələrin sülh yolu ilə həll edilməsini dəstəkləyir və davamlı sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir. Eyni zamanda, yarana biləcək risklərə qarşı dövlətimizin aidiyyəti qurumları ilə koordinasiyalı şəkildə zəruri tədbirlər görülür. Bəzi mətbuat orqanlarında və sosial media platformalarında yer alan “ABŞ-ın İrana hücum edəcəyi təqdirdə, Türkiyənin də təhlükəsizlik səbəbi ilə İran ərazisinə daxil olmağı planlaşdırdığı” barədə iddialar həqiqəti əks etdirmir”, – açıqlamada qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*